APK qurulmur
Telefon «tətbiq qurulmadı» deyirsə, fayl ya tam gəlməyib, ya da telefon onu qəbul etmir.
- Naməlum mənbədən quraşdırma bağlı ola bilər. Ayarlardan həmin proqrama icazə ver.
- Fayl yarımçıq enibsə, yenidən endir.
- Eyni tətbiq köhnə imza ilə durursa, əvvəl onu sil, sonra yenisini qur. İçindəki məlumat silinir.
Play Marketdən gələn tətbiqin üstünə başqa açarla imzalanmış APK qurulmur.